YUNESKO-nun Multikultural dәyәrlәrin qorunması vә tәşviqinә dair fәaliyyәtindә Azәrbaycanın iştirakı
AbstractAzərbaycan Rеspublikası dövlət müstəqilliyi bərpa etdikdən sonra beynəlxalq birliklərə və təşkilatlara inteqrasiya olunması beynəlxalq münasibətlər tаriхinin öyrənilməsi üçün əlverişli imkаnlаr yаrаtmışdır. Yаrаnmış bu şərаitdən dəyərləndirərək Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının оbyеktiv оlаrаq təhlil süzgəcindən keçirilməsi qаrşısındа durаn əsаs vəzifələrdən biridir. Qədim tarixə malik ölkəmiz tolerantlıq ve multikultural dəyərləri ilə həmişə seçilmişdir. Bu məqsədlə BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO ilə əməkdaşlığı Azərbaycan Respublikasının xarici siyasətində mühüm yerlərdən birini tutur. Mədəni müxtəliflik cəmiyyətin (insanlığın) ən mühüm əlamətlərindən biridir və cəmiyyətin qalıcı inkişfı üçün mühüm faktordur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlərdə elan edilmiş insan hüquqlarının və əsas azadlıqlarının tam həyata keçirilməsi üçün mədəni müxtəlifliyin qorunmasının əhəmiyyəti danılmazdır. Bununla bağlı mədəni özünüifadə müxtəlifliyinin yox olma və ya ciddi ziyan çəkmək təhlükəsinə qarşı imzalanan konvensiyalarda Azərbaycanın iştirakı çox mühüm əhəmiyyət kəsb edir.